“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Karyera

Böyük məsləhətçi / Daxili nəzarət şöbəsi

Böyük məsləhətçi / Daxili nəzarət şöbəsi

Vakansiya adı: Böyük məsləhətçi
Struktur bölmə: Daxili nəzarət şöbəsi
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi

Əsas vəzifə öhdəlikləri:

  • Risklərin müəyyən edilməsi və onların idarə olunması üzrə təkliflərin hazırlanması;

  • İllik fəaliyyət planına əsasən işlərin icra olunması;

  • Daxili iş prosesinin yoxlamasında iştirak, nəticələrin təhlil edilməsi;

  • İdarənin struktur bölmələri və qurumlarında normativ sənədlərə, daxili qaydalara və prosedurlara riayət olunmasına nəzarət edilməsi;

  • Müəssisənin daxili nəzarət sisteminin effektivliyinin artırılması və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;

  • Hesabatların və şöbənin fəaliyyəti üzrə təqdimatların hazırlanmasında iştirak.


Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (hüquq, beynəlxalq hüquq, iqtisadiyyat);

  • İş təcrübəsi: Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi;

  • Dövlət qurumlarında təcrübənin olması üstünlükdür;

  • Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;

  • Beynəlxalq standartlar (İSO standartları) üzrə biliklər üstünlükdür;

  • Analitik düşünmə, strateji planlaşdırma və idarəetmə bacarıqları;

  • Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı;

  • Dil bilikləri: ingilis dili, rus dili.


Müraciət qaydası:

Namizədlər CV-lərini karyera@icherisheher.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində Daxili nəzarət şöbəsi-böyük məsləhətçi qeyd olunması xahiş olunur.