“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Abidələr

“Zəncirli mülk” və ya “Ütü ev”

“Zəncirli mülk” və ya “Ütü ev” “Zəncirli mülk” və ya “Ütü ev” “Zəncirli mülk” və ya “Ütü ev”

Bu tikilinin iki adı var: “Zəncirli mülk” vəya “Ütü ev”. Ikinci ad onun planlaşdırma quruluşunu əks etdirir.

Diqqətlə baxsaq görərik ki, şəhərin iki əsas küçəsi,” Böyük qala” və “Qüllə” öz başlanğıcını buradan götürür. Arxiv materiallarına görə deyə bilərik ki, bir vaxtlar bu binanın yuxarısında yan tərəflərdə də heykəllər var idi. Sovet dövrünə kimi bu ev yerli tacir Hacı Məmməd Hüseyn Məmmədova məxsus olmuşdur. 1928-ci ildə bu evi komersant Məlikov qardaşları alıblar. İki il sonra Bakı şəhər gömrüyü qaçaqmalçılığa görə bu evi müsadirə edib Bakı Tikiş Fabrikinə verir. Yaxın vaxtlara kimi bu bina “BP“ və “STATOİL“ neft şirkətlərinin ofisi olub. Hal-hazırda burada “Etnoqrafiya və arxeologiya” muzeyi yerləşir.