“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Abidələr

Xan karvansarası - kiçik karvansara

Xan karvansarası - kiçik karvansara Xan karvansarası - kiçik karvansara Xan karvansarası - kiçik karvansara

İçərişəhərin cənubunda yerləşən “Xan” vəya “Kiçik” karvansara XII əsrin abidəsidir.

Plan üzrə dördkünc olan karvansara daxili dördbucaq quruluşlu həyətdən və perimetr boyu yerləşən balkonlardan ibarətdir. Karvansaranın şimal və cənub girişləri portal şəklindədir. Orta əsrlərdə əsas giriş dəniz tərəfdən idi. Cənub tərəfdən karvansaranın fasadı iki mərtəbəlidir və müdafiə istehkamını xatırladır. Orta əsrlərdə ticarət küçəsi tərəfdən karvansara həyət ilə birbaşa əlaqəsi olmayan piştaxtalardan ibarət idi. Ondan əvvəl bu tikili yaxınlığda yerləşən Came kompleksinə daxil olmuş mədrəsə funksiyasını daşıyırdı. Həyətə açılan hücrələrdə mədrəsə tələbələri (tüllablar) həm yaşamış, həm də təhsil almışlar. Mədrəsədə tədris Camenin gəliri hesabına maliyələşirdi.