Təkyə
Təkyə
Təkyə – İçərişəhərdə Böyük Qala küçəsində yerləşən abidə. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bina XIII əsrdə tikilib. 1967-ci ildə təkyənin ətrafında arxeoloji qazıntılar aparılıb. Təkyə 1970-ci illərdə bərpa edilib. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra bu binada xalça dükanı fəaliyyət göstərir. Binanın yuxarısında isə “Museum Inn” otelinin terras-restoranı fəaliyyət göstərir. Dərvişlərin ibadət etdiyi yerlər təkyə adlanır. Bina həm dərvişlərin ibadət etdiyi yer kimi həm də məhəllə məscidi kimi fəaliyyət göstərib. Təkyənin fasadı cənuba – Qız Qalasına baxır. Tək otaqdan ibarət olan təkyənin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş ibadət zalı var.
