Şirvanşahlar Sarayı Kompleksi
Şirvanşahlar Sarayı Kompleksi
Şirvanşahlar Sarayı Kompleksi min illik tarixə malik olmuş qüdrətli Şirvanşahlar dövlətindən bizə miras qalan və Azərbaycan xalqının dövlətçilik rəmzi olan möhtəşəm memarlıq abidəsidir. Şirvanşahlar Sarayı Kompleksi Azərbaycan ərazisində Şirvanşahlara məxsus olan onlarla saraylardan zəmanəmizə gəlib çatmış yeganə saraydır.
Saray möhkəm divarlarla əhatələnmiş daxili üç həyətdən ibarətdir. Birinci həyətdə Yaşayış binası və Fərrux Yasarın özü üçün tikdirdiyi türbənin yerləşir. Dərviş türbəsi, Bayıl qəsrinin qalıqları, hal-hazırda mövcud olmayan Key Qubad məscidinin bünövrəsi və Şərq Portalı orta həyətdə yerləşir. Aşağı həyətdə Şirvanşahların ailəvi türbəsi və Saray məscidi vardır. Saray hamamı və Ovdan Kompleksin ən aşağı hissəsində yerləşir.
İkimərtəbəli Yaşayış binası Kompleksin daha qədim tikilisidir. Sarayda vaxtilə 52 otaq olmuşdur. Onlardan 27-i birinci mərtəbədə, 25-i isə ikinci mərtəbədə idi. Mağzalşəkilli dar pəncərələri olan aşağı mərtəbə nökər-naib, təsərrüfat işləri və anbarlar üçün nəzərdə tutulmuşdur.Yuxarı mərtəbədə olan geniş pəncərəli otaqlarda Şirvanşahlar öz yaxın adamları ilə yaşayırdılar.
Kompleksin ən son tikilisi Şərq portalıdır. Murad darvazası adı ilə tanınan Şərq portalı Kompleksin bütün abidələrindən xeyli sonra XVI əsrdə inşa edilmişdir.
Orta həyətin bütün sahəsi üzərində kitabə və təsvirlər olan daş plitələrlə örtülmüşdür. Bu daşlar orta əsrin ən maraqlı memarlıq abidələrindən biri, uzun əsrlər boyu Bakı buxtasında su altında qalmış Bayıl qəsrinin qalıqlarıdır.
Dərviş türbəsi və Key-Qubad məscidinin qalıqları da ikinci həyətdə yerləşir.
Aşağı həyətdə Şirvanşahların xatirə türbəsi və Şah məscidi yerləşir.
Saray hamamı və ovdan Kompleksin ən aşağı hissəsində yerləşir.
