“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Abidələr

Qasım bəy hamamı

Qasım bəy hamamı Qasım bəy hamamı Qasım bəy hamamı

Qasım bəy hamamı XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə Səlyan darvazasının yanında inşa olunmuşdur.

Əvvəllər xalq arasında bu hamam “Şirin” hamam adlanırdı. Bu da burada çayla birgə şirniyyatın veilməsi ilə əlaqədar idi. Hamam Səlimxanovlar ailəsinə məxsus idi və yerli memarlığın bütün ənənələri burada nəzərə alınmışdır. Girəcəkdən sonra xaçvari gümbəzlə örtülmüş soyunma, yuyunma otaqları, hovuz yerləşmişdir. Binanın qızdırılması və su ilə təmin edilməsi üçün divarın içindən və döşəmənin altından keçən saxsı borulardan istifadə olunmuşdur. 70-ci ildən yaxın zamanlara qədər burada “Yaşıl aptek” fəaliyyət göstərirdi. Hamam Azərbaycanın mühüm memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.