Multanı karvansarası
Şirvanşahlar Sarayı Kompleksi
Multanı karvansarası
XIV əsrin abidəsi olan Multanı karvansarası Pakistanın Multan şəhərindən Bakıya ticarətə gələn tacirlər üçün sığınacaq rolunu oynayırdı.
Bu birmərtəbəli karvansaranın ərazisi 100kv.m-dir. O, planda kvadrat formalıdır. Karvansaranın memarlıq-planlaşdırma quruluşu perimetr üzrə həyəti əhatə edən eyvanlardan, onların arxasında yerləşən, fərdi yaşayış üçün nəzərdə tutulmuş ayrı-ayrı otaqlardan ibarətdir. Bu karvansara köhnə tikili üzərində ucaldılmışdır. Onun ərazisi 200kv.m olan hündür tağ tavanlı alt hissəsi yuxarı hissədən 200 il əvvəl tikilmişdi. Bu hissədən malları saxlamaq üçün anbar kimi istifadə olunurdu.
