Bəylər məscidi
Bəylər məscidi
1895-ci ildə Şirvanşahlar Sarayının Murad darvazası yaxınlığında dini tikililər arasında, qədim məscidin yerində yeni memarlıq üslubunda inşa edilən məscid Bakının məşhur bəylərinin sifarişi ilə tikildiyi üçün “Bəylər məscidi” adını qazanmışdır.
Abidənin giriş qapısının üstündə yerləşən daş kitabədə tikilinin inşasında Məhəmməd Həşim əl-Bakuvinin oğulları Hacı-baba və Hacı Cavad, həmçinin tanınmış Bakı milyonçusu Ağa-Murtuza Muxtarov, İbrahim Şirvani (xəttat), Mir Əli ən-Nağı, Mir Təki, Səid Hüseyn (usta-memar) iştirak etmişlər. Məscidin daxili intеryеri dəhliz, ibadət zalı və dеkоrativ şəkildə bəzədilmiş mеhrabdan ibarətdir. Məscidin mеmarlığında Avrоpa, şərq və yеrli memarlığın konstruktiv prinsipləri birləşdirilmişdir.
