“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Abidələr

Mansurovların evi

Mansurovların evi Mansurovların evi Mansurovların evi

Mansurovlar nəsli Bakıda, daha doğrusu İçərişəhərdə çox tanınmış sülalədir.

Bakı xanları dövründə Mansurovlar həmişə hakimiyyətin rəhbər strukturlarında təmsil olunublar. Onların çox sayda mülkləri, mal-qarası, neft quyuları, gəmiləri, dükanları, meyvə və zəfəran bağları var idi. Əsasən ticarətlə məşğul idilər. Onların Bakı, Rusiya, İranın bir çox şəhərlərində dükanları var idi. Dükanlarda hər cürə mal satılırdı. Geyim, xəz, inşaat materialları, ağac, metal, məişət əşyaları, zərgərlik məmulatı, parfümeriya və s. Onların şəxsi geyimləri də var idi. İçərişəhərin abadlaşdırılmasına da kifayət qədər pul ayırırdılar. Mansurovlar musiqiçi kimi də tanınıblar. Bu nəslin görkəmli xanəndələri, bəstəkarlar da var. Azərbaycanın məşhur bəstəkarı Eldar Mansurov da bu nəslin nümayəndəsidir.