İkimərtəbəli karvansara
İkimərtəbəli karvansara
XVII əsr abidəsi olan ikimərtəbəli karvansara məşhur Bakı bəylərindən olan Qasım-bəy Səlimxanov tərəfindən inşa olunub.
Səlimxanovlar Bakı limanından keçən ticarətin böyük hissəsinə nəzarət edirdilər və bununla əlsaqədar tərəflərindən Bakı qalasında lazımi infrastruktur yaradılmışdı. Səlimxanovlara məxsus yaşayış evləri və qeyri-yaşayış binaları Bakı qalasının bütün cənub-qərb hissəsini tuturdu. Bu karvansaranın iki giriş qapısı var. Planda düzbucaqlı formada olan karvansaranın səkkizüzlü qapalı həyəti var. Həyətin mərkəzində su hovuzu yerləşir. Səkkizüzlü həyətin bütün perimetri boyunca birinci mərtəbədə 20, ikinci mərtəbədə isə 22 hücrə yerləşir. Lakin I mərtəbədə hər bir otağın qarşısında qapalı həyətə açılan çatma tağlı eyvan olduğu halda, II mərtəbədə bu eyvan bütöv olaraq bütün otaqları birləşdirir. Bu gün bu məkanda suvenir dükanları və Azərbaycan mətbəxini təbliğ edən şəhərin ən prestij restoranı yerləşir.
