Hoca Qayib hamamı və ya Hoca Bani hamamı
Hoca Qayib hamamı və ya Hoca Bani hamamı
Hamam XV əsrin sonunda yerli sakin tacir Hoca Qayıbın sifarişi ilə tikilib.
Qız Qalasının yanında yerləşir. Hamam üç hissəyə bölünüb: girəcək, soyunma, yuyunma otaqları. Soyunma və yuyunma otaqları kiçik otaqlarda əhatələnən səkkizgüşəli mərkəzi zaldan ibarətdir. Soyunma otağında çiməndən sonra insanlar söhbət edib, çay içir, çörək yeyir, dincəlirdilər. Mərkəzdə isti və soyuq su ilə doldurulmuş hovuzdar var. Döşəmə daş plitələrlə örtülüb. Hamam döşəmənin altında yerləşən kanallar vasitəsi ilə qızdırılır. Suyun isitməsi nəticəsində alınan isti hava bu kanallar vasitəsi ilə ötürülüb, hamamın istiliyini təmin edirdi. Hamamı müxtəlif diametrli gümbəzlər bəzəyir. Hamam 1964-cü il arxeolojı qazıntılar zamanı yerin altından aşkar olunmuş üzə çıxarılmışdır. Hal-hazırda burada “Yarad” təşkilatının əl işləri sərgilənir.
