“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Abidələr

Yeraltı hamam

Qoşa Qala Qapıları (Şamaxı) yanındakı hamam - Yeraltı hamam Qoşa Qala Qapıları (Şamaxı) yanındakı hamam - Yeraltı hamam Qoşa Qala Qapıları (Şamaxı) yanındakı hamam - Yeraltı hamam

2016-cı il Şamaxı darvazasının yanında aparılan arxeolojı qazıntılar zamanı orta əsr hamamının qalıqları aşkarlanmışdır.

Orta əsrlərdə Bakıda sanitar-qiqiyena qaydalarına ciddi riayət edirdilər. Şəhərə gələn İpək yolu tacirlərini gömrük nəzarətindən sonra hamama göndərirdilər və yalnız bundan sonra şəhərə buraxırdılar. Tanınmış türk səyyahı Övliya Çələbi özünün məşhur “Səyahətnamə” sində (Istanbul,Topqapı) 1647-ci ildə Bakıda olarkən Qala divarlarının yaxınlığında yerləşən və el arasında “Mirzəxan hamamı” adlandırılan bu hamamda olduğu haqqında məlumat vermişdir. General S.A.Bulqakov tərəfindən 1806-cı ildə Bakı işğal olunandan sonra hamamın fəaliyyəti dayandırılmış, günbəzlər zədələnmiş, otağlar məişət tullantıları ilə doldurulmuşdur. Sonralar bu ərazidə hərbi komendatura yerləşdirilmişdir. Tikilişinin və memarlığının elementlərinə görə o Hoca Bani hamamına bənzəyir və ehtimal ki, XVII əsrin əvvəllərinə aiddir.