Çin məscidi
Qız Qalası
Çin məscidi
Çin məscidi, yaxud İmam Оsman-əs-Şirvani məscidi Şirvanşahlar sarayının cənub qərbində yеrləşir. Ehtimala görə Çin sözünün еtimоlоgiyası insanların burada arzularının çin оlması ilə əlaqəlidir.
Məscidin portalı Bakı orta əsr portalları sırasında nümunəvi klassik tipli giriş-portal hesab olunur. Məscidin fasadında, girişi üzərində yerləşən yazıda onun h.777-ci ildə (=1375 il) inşa olunduğu və tikintinin İmam Оsman əş - Şirvaninin vəsiyyəti ilə həyata keçirildiyi haqqında məlumat verilir.
