“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Abidələr

Buxara karvansarası

Buxara karvansarası Buxara karvansarası

Buxara karvansarası tipik birmərtəbəli orta əsr karvansarasıdır. O, XV əsrin sonunda Şamaxı darvazalarından girən ticarət magistralının üzərində tikilmişdi. Onun ərazisi 189 kv.m-dir. Planda kvadrat formalı karvansaranın həyəti səkkizguşəli formadadır. Səkkizguşəli rahat həyət gündəlik ticarət əməliyyatlarından sonra tacirlərin və  səyyahların  toplaşdığı açıq səma altında xüsusi bir zal idi. Bütün tipik karvansaralarda olduğu kimi burada da həyətin ortasında su hovuzu var. Səkkizguşəli  həyətin bütün perimetri boyunca 18 hücrə (otaq) yerləşdirilmişdir. Hər bir hücrənin qarşısında daxili həyətə açılan çatma tağlı eyvan vardır ki, bunlar da bir arkada əmələ gətirir. Möhkəm formalı, gözəl naxışlı tağ karvansaranın memarlıq-planlaşdırma quruluşuna fəal daxil olub və memarlıq kompozisiyasının əsas elementini təşkil edir.

Buxara karvansarası