Ağa Mikayıl hamamı
Qız Qalası
Ağa Mikayıl hamamı
XVIII əsrin memarlıq abidəsi Ağa Mikayıl hamamı şamaxılı Hacı Ağa Mikayıl tərəfindən “hamamçılar” məhəlləsində inşa olunmuşdu.
Hamamın otaqlarının daxili strukturu digərlərindən fərqli olaraq dördkünc formadadır. Hamamın çox gözəl quruluş kompozisiyası var – bayır otaqları mərkəzi zal ilə dörd sütun birləşdirir. Dövlət əhəmiyyətli tarix və mədəniyyət abidəsidir. Hamam bu gün də fəaliyyət göstərir.
