“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Media

Xəbərlər

Yer saatı beynəlxalq kampaniyası

29.03.2026

Yer saatı beynəlxalq kampaniyası

“Yer saatı” beynəlxalq kampaniyası çərçivəsində IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu tərəfindən təşkil olunan aksiyaya ölkəmizdə geniş dəstək göstərilib.

Martın 28-də saat 20:30-da QızQalası və Şirvanşahlar Sarayı Kompleksinin fasad işıqları bir saatlıq söndürülüb.

Bu addım iqlim dəyişikliyinə diqqət çəkmək və ətraf mühitin qorunmasına dəstək məqsədi daşıyır.

Aksiya çərçivəsində həyata keçirilən bu təşəbbüs qlobal həmrəyliyin vacibliyini bir daha vurğulayır.