Xəbərlər
Bəylər məscidi və Qız Qalası
Vətəndaş görüşü
17.06.2026
İyunun 12-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhər sakinlərini qəbul edib.
Görüş çərçivəsində vətəndaşlar təmir və bərpa işləri, nəqliyyat və mülkiyyətin sənədləşməsi eləcə də gündəmdə olan digər mövzular üzrə fikirlərini və müraciətlərini bildiriblər.
Qaldırılan məsələlər aidiyyəti struktur bölmələrinin rəsmiləri ilə birgə təhlil edilmiş, müraciətlərin bir qismi yerindəcə operativ həllini tapmışdır. Təfərrüatlı araşdırma tələb edən digər məsələlər isə rəsmiləşdirilərək icra nəzarətinə götürülmüşdür.
