Xəbərlər
Rəsmi görüş
17.05.2026
Kamboca Krallığının Baş nazirinin müavini, Torpaq İdarəetməsi naziri Say Sam Al BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (#WUF13) çərçivəsində Azərbaycana səfəri zamanı İçərişəhər ilə tanış olub.
Qonağı “#İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və nümayəndə heyəti qarşılayıb. Ziyarət zamanı qonağa İçərişəhərin “living heritage” — yaşayan irs modeli əsasında idarə olunması, tarixi şəhər mühitinin müasir şəhərsalma yanaşmaları və dinamik şəhər həyatı ilə harmonik şəkildə uzlaşdırılması barədə ətraflı məlumat verilib.
Nazir #QızQalası, Sıratağlı dini-memarlıq kompleksi, #Buxara karvansarası (@bukhar.art) və #ŞirvanşahlarSarayKompleksi ilə yaxından tanış olub.
