Xəbərlər
Rəsmi görüş
17.05.2026
UNESCO-nun Baş direktorunun mədəniyyət üzrə müavini vəzifəsini icra edən, Dünya İrs Mərkəzinin direktoru cənab Lazare Eloundou Assomo #BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (#WUF13) çərçivəsində İçərişəhəri ziyarət edib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud ilə birgə keçirilən tur zamanı qonaqlar #NumizmatikaMuzeyi, #MiniatürSənətMuzeyi, Ənənəvi İncəsənət Mərkəzi , Buxara karvansarası və sakinlər üçün fəaliyyət göstərən İnformasiya Mərkəzi ilə tanış olublar.
Ziyarət çərçivəsində İçərişəhərin #UNESCO Dünya İrs siyahısındakı yeri, tarixi-mədəni irsin qorunması və yaşadılması istiqamətində görülən işlər, eləcə də yerli icma və sənətkarlarla əməkdaşlıq barədə məlumat təqdim olunub.
Səfər Şirvanşahlar Sarayı Kompleksinin ziyarəti ilə yekunlaşıb.
