Xəbərlər
Qız Qalası
Rəsmi görüş
25.04.2026
“#İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Rüfət Mahmudun Vyetnam Sosialist Respublikasının Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoy ilə görüşü baş tutub. Görüş zamanı iki ölkə arasında mədəni əməkdaşlığın inkişaf imkanları ətrafında müzakirələr aparılıb. Səfir İçərişəhərin mədəni turizm mərkəzi kimi inkişafını, idarəetmə modelini və turizm infrastrukturu sahəsində Qoruq İdarəsinin təcrübəsinin ölkəsi üçün əhəmiyyətli olduğunu vurğulayıb.
