Xəbərlər
Arxeoloji park
Rəsmi görüş
21.04.2026
Azərbaycana rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının dövlət katibi cənab Arslan Koyçiyev və rəsmi nümayəndə heyəti İçərişəhəri ziyarət ediblər.
Qonaqları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Fuad Xəlilov qarşılayıb. Ziyarət zamanı heyət Qız Qalası, Buxara karvasarası, Sıratağlı dini-memarlıq kompleksi və Şirvanşahlar Saray Kompleksi ilə tanış olub.
Eyni zamanda, qonaqlara İçərişəhərin digər tarixi-memarlıq abidələri və mövcud imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
