Xəbərlər
Arxeoloji park
Mərkəzi Asiyada mənəvi irs: İçərişəhərin təcrübəsi Daşkənd konqresində
12.11.2025
Özbəkistanın Daşkənd şəhərində “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda keçirilən beynəlxalq konqresdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsini Muzey Mərkəzinin direktoru Azadə Hüseynova təmsil edir.
Konfransda çıxış edərək o, Buxara karvansarasının tədqiqi əsasında Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında mövcud olan ortaq tarixi-mədəni bağları vurğulayıb. Həmçinin İçərişəhərdə aparılan elmi tədqiqatlar və müasir muzey işində rəqəmsallaşdırma üzrə təcrübələr barədə tədbir iştirakçılarına məlumat verilib.
