“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Media

Xəbərlər

Meksika Senatında “İçərişəhər: Canlı şəhər irsi” sərgisinin açılışı

13.02.2026

Meksika Senatında “İçərişəhər: Canlı şəhər irsi” sərgisinin açılışı

Meksika Senatında ölkəmizin WUF13-ə ev sahibliyi ilə əlaqədar “İçərişəhər: Canlı şəhər irsi” sərgisinin açılışı olub. Sərgi Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyətinin Meksikaya işgüzar səfəri çərçivəsində təşkil edilib.

İçərişəhərin unikal memarlığı və qorunan tarixi mühitini əks etdirən foto-sərgi Meksika Senatının sədri Laura Itzel Castillo Juárez-ə təqdim olunub. Təqdimat böyük maraqla qarşılanıb və senator sərginin əhəmiyyəti barədə öz rəsmi sosial şəbəkə hesablarında maraqlı paylaşım edib.

Sərgi Azərbaycan Respublikasının Meksikadakı Səfirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə baş tutub.