Xəbərlər
Bəylər məscidi və Qız Qalası
Rəsmi görüş
18.12.2025
Azərbaycana rəsmi səfəri çərçivəsində İsrail Dövlətinin Maliyyə Nazirliyinin naziri və Azərbaycan–İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkin İçərişəhəri ziyarət edib. Qonağı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Fuad Xəlilov və nümayəndə heyəti qarşılayıb. Ziyarət zamanı nazir Qız Qalası, Sıratağlı dini-memarlıq kompleksi və Şirvanşahlar Saray Kompleksi ilə tanış olub. Eyni zamanda, qonağa İçərişəhərin digər tarixi-memarlıq abidələri və turizm imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
