Xəbərlər
Qasım bəy hamamı
Kolumbiyanın Azərbaycandakı səfiri İçərişəhəri ziyarət edib.
12.11.2026
Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmudla görüşüb.
Görüş zamanı gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və birgə layihələr, həmçinin mədəni əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.
Sonda səfir “Qapıdan İçəri” Muzeyini ziyarət edərək burada nümayiş etdirilən eksponatlarla tanış olub, İçərişəhərin tarixi və mədəni irsini əks etdirən nümunələr haqqında məlumat əldə edib.
