Xəbərlər
Qasım bəy hamamı
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhəri ziyarət edib.
16.10.2026
Səfər çərçivəsində qonaq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud ilə görüşüb. O, ziyarət zamanı Qız qalası, Şirvanşahlar sarayı kompleksi, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, “BuxarArt” sənət məkanı və Mir Teymur Məmmədovun ev-muzeyi ilə tanış olub.
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin təşkil etdiyi ustad dərsinə qatılan Piç Çanmoni Azərbaycan və Kambocanın rəmzlərini əks etdirən kompozisiyanın rənglənməsində iştirak edib. Əsər qonağa xatirə hədiyyəsi kimi təqdim olunub.
