Xəbərlər
“İzimizi itirməyək”: Ana dilimizin keşiyində
10.02.2026
“İzimizi İtirməyək” silsilə layihəsi çərçivəsində ana dilimizin qorunmasına və inkişafına həsr olunmuş “Dilimizi qoruyaq” adlı elmi-praktiki #seminar təşkil olunub. Tədbirdə müasir dövrdə yazı və nitq mədəniyyətinin qarşılaşdığı çağırışlar, gündəlik ünsiyyətdə yol verilən kütləvi dil səhvləri, həmçinin xarici sözlərin yersiz istifadəsinin ana dilinə təsiri ətraflı müzakirə edilib. Seminar iştirakçıları ana dilinin saflığının qorunmasının vacibliyini vurğulayaraq bu istiqamətdə maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd ediblər. Seminarda filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadə məruzə ilə çıxış edərək ana dilimizin qorunması və düzgün istifadəsi ilə bağlı elmi və praktiki tövsiyələrini bölüşüb.
