Xəbərlər
İrəvanın mədəni irsinə həsr olunmuş kitabın təqdimatı
16.04.2026
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın kitabının təqdimatı keçirilib. Nəşr Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə 4 dildə çap olunub və İrəvanın unudulmuş milli-mədəni irsinin bərpasına xidmət edən mühüm elmi mənbə kimi təqdim edilib. Təqdimatda Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər. Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış edərək İçərişəhərin yalnız turizm deyil, eyni zamanda, incəsənət, yaradıcılıq və intellektual mərkəz kimi mühüm əhəmiyyətə malik olduğunu deyib, bu cür tədbirlərin keçirilməsinin həmin funksiyanın təzahürü olduğunu bildirib. Tədbir bədii hissə ilə davam edib, iştirakçılara maraqlı və zəngin mədəni proqram təqdim olunub. Qeyd edək ki, kitabda İrəvanın Azərbaycan xalqına məxsus qədim mədəniyyət mərkəzi olduğunu elmi faktlarla əsaslandırılıb və şəhərin çoxəsrlik tarixi, zəngin irsi, həmçinin XIX–XX əsrlərdə baş verən hadisələr fonunda azərbaycanlı kimliyinin silinməsi cəhdlərini araşdırdıb.
