Xəbərlər
İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd olunub
18.12.2025
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qız Qalası və Şirvanşahlar Saray Kompleksi ilə birlikdə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illik yubileyi qeyd olunub.
Tədbir çərçivəsində İçərişəhərin dünya irsi statusu qazandığı dövrdən bu günədək keçdiyi yolu, həyata keçirilən mühafizə və bərpa işlərini əks etdirən videoçarxlar nümayiş olunub.
Tədbirdə iştirak edən dövlət qurumları, parlament, mədəniyyət və ictimaiyyət nümayəndələri İçərişəhərin Azərbaycan mədəniyyətindəki xüsusi rolundan, dünya irsində tutduğu mövqedən və son illərdə burada aparılan yenilənmə və idarəetmə proseslərinin əhəmiyyətindən bəhs ediblər.
Yubiley tədbiri beynəlxalq tərəfdaşların təbrik videoçarxları və musiqi proqramı ilə davam edib.
