Xəbərlər
Arxeoloji park
İçərişəhərin rəqəmsallaşdırma təcrübəsi İCOM-un Dubay Konfransında təqdim olundu
21.11.2025
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən ICOM-un “Sürətlə Dəyişən İcmalarda Muzeylərin Gələcəyi” devizi altında 27-ci Baş Konfransında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsini İdarə Heyəti sədrinin köməkçisi Turan Həsənova təmsil edib. O, məruzə ilə çıxış edərək İçərişəhərdə rəqəmsallaşdırma təcrübələri, tarixi binaların naxışkəsmə ornamentləri haqqında danışıb və bu sənətin tarixi abidələrlə əlaqəsini iştirakçıların diqqətinə çatdırıb.
