“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Media

Xəbərlər

İçərişəhərin müasir idarəetmə modeli beynəlxalq platformada təqdim edilib

16.05.2026

İçərişəhərin müasir idarəetmə modeli beynəlxalq platformada təqdim edilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud World Urban Forum 13 (#WUF13) çərçivəsində keçirilən “İnklüziv və Dayanıqlı Şəhərlər: Şəhər İnkişafına Yeni Yanaşmalar” adlı beynəlxalq konfransda çıxış edib.

O, “Dayanıqlı və Dayanıqlılıq Qabiliyyətli Şəhər İnkişafı üçün İnsan Kapitalının Formalaşdırılması” adlı panel sessiyasında çıxış edərək #İçərişəhər nümunəsində tarixi şəhər məkanlarının qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən müasir idarəetmə yanaşmalarından bəhs edib.

Çıxışı zamanı Rüfət Mahmud bildirib ki, İçərişəhər “#livingheritage” — yaşayan irs konsepsiyası əsasında idarə olunur və müasir texnologiyalar irsi əvəz etmək üçün deyil, onu daha effektiv qorumaq və idarə etmək üçün tətbiq edilir.

O, İçərişəhərdə tətbiq olunan “#SmartHeritage” yanaşması çərçivəsində rəqəmsal kadastr sistemi ilə abidələrin qeydiyyatı və qorunmasının, “ağıllı nəqliyyat” həlləri ilə ziyarətçi axınının idarə edilməsinin, Mobil tətbiq və Rəqəmsal xidmətlər vasitəsilə isə sakinlər və ziyarətçilər üçün daha əlçatan, çevik və funksional şəhər mühitinin formalaşdırıldığını vurğulayıb.