“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Media

Xəbərlər

İçərişəhərdə yeni yaradıcılıq məkanı! 🎨

18.11.2026

İçərişəhərdə yeni yaradıcılıq məkanı! 🎨

İçərişəhər yeni nəsil sənətçilərin, gənc istedadların və yaradıcı ruhların özünüifadəsi üçün fərqli imkanlar açmaqda davam edir. Bu təşəbbüslərin növbəti addımı olaraq rəssam Vüsalə Ağarəziyevanın yeni emalatxanası fəaliyyətə başlayıb.

Açılışda çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud "İçərişəhər"in təşəbbüsü və dəstəyi ilə ərsəyə gələn bu məkanın gənc istedadların potensialını üzə çıxarmaq, onlar üçün ilhamverici mühit yaratmaq və yeni ideyalara meydan vermək məqsədi daşıdığını vurğulayıb.

Emalatxananın qapıları təkcə fırça sahiblərinin deyil, bütün sənətsevərlərin üzünə açıq olacaq. Burada sərgilərin, ustad dərslərinin, rəssamlarla səmimi görüşlərin və müxtəlif yaradıcılıq layihələrinin keçirilməsi nəzərdə tutulur.

📍 Ünvan: İçərişəhər, 9-cu Müslüm Maqomayev döngəsi, 6.

İçərişəhərdə yeni yaradıcılıq məkanı! 🎨
İçərişəhərdə yeni yaradıcılıq məkanı! 🎨
İçərişəhərdə yeni yaradıcılıq məkanı! 🎨
İçərişəhərdə yeni yaradıcılıq məkanı! 🎨
İçərişəhərdə yeni yaradıcılıq məkanı! 🎨