Xəbərlər
İçərişəhərdə tarixi irs və müasir şəhər baxışı bir araya gəlib
13.05.2026
#İçərişəhər bu dəfə tarixi irslə müasir şəhər baxışının bir araya gəldiyi xüsusi bir görüşə ev sahibliyi etdi.
“#İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Urban Nature Based Solutions tərəfindən təşkil olunan tədbirdə şəhərlərin inkişafı, irsin qorunması və gələcəyə baxış ətrafında dəyərli fikir mübadiləsi aparıldı.
Tədbir Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyası öncəsi hazırlıq mərhələsinin bir hissəsi olmaqla yanaşı, #BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC) çərçivəsində həyata keçirildi.
Rəsmi hissədən sonra qonaqlar bələdçi müşayiəti ilə İçərişəhərin küçələrini gəzərək bu unikal məkanın yaşayan ruhunu daha yaxından hiss etdilər.
