Xəbərlər
Qasım bəy hamamı
İçərişəhərdə sakinlərlə görüş keçirilib
15.10.2026
14 oktyabr tarixində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhərdə sakinlərlə görüşərək onların müraciətlərini dinləyib.
Vətəndaş qəbulu zamanı sakinlərin gündəlik həyatına dair məsələlər, onların təklif və müraciətləri müzakirə olunub. Qaldırılan məsələlərin araşdırılması və müvafiq istiqamətlər üzrə nəzərdən keçirilməsi diqqət mərkəzində olub.
Sakinlərlə birbaşa ünsiyyətin təmin edilməsi və onların müraciətlərinin dinlənilməsi qoruq ərazisində həyata keçirilən fəaliyyətin mühüm istiqamətlərindəndir.
