Xəbərlər
Qız Qalası
İçərişəhərdə qədim sənətə yeni nəfəs!
27.11.2026
İçərişəhərin zəngin mədəni irsinin yaşadılması və yaradıcı fəaliyyətin dəstəklənməsi məqsədilə həyata keçirilən proqram çərçivəsində yeni yaradıcılıq məkanı – tanınmış xəttat Gülxan Bəydəmirin emalatxanası fəaliyyətə başlayıb.
Açılış mərasimində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış edərək qədim sənət sahələrinin qorunmasının, yaşadılmasının və yaradıcı insanların dəstəklənməsinin əhəmiyyətindən danışıb.
Emalatxanada ziyarətçilər xəttatlıq sənətinin özünəməxsus xüsusiyyətləri ilə tanış ola, ustad dərslərində iştirak edə biləcəklər.
Ünvan: İçərişəhər, 9-cu Müslüm Maqomayev döngəsi, 6.
