Xəbərlər
Şirvanşahlar Sarayı Kompleksi
İçərişəhərdə ADA Universiteti tələbələri üçün bərpa və konservasiyaya həsr olunmuş maarifləndirici ekskursiya təşkil olunub
09.05.2026
Bu gün İçərişəhərdə ADA Universitetinin memarlıq sahəsi üzrə təhsil alan və bu sahəyə maraq göstərən tələbələri üçün bərpa və konservasiya sahəsinə həsr olunmuş maarifləndirici ekskursiya təşkil olunub.
Ekskursiya zamanı iştirakçılar Qız Qalası, Bəylər Məscidi, Sınıqqala Məscidi, İçərişəhər Qala Divarları, Buxara Karvansarası, Yeraltı Hamam, Şirvanşahlar Saray Kompleksi və digər tarixi abidələrdə həyata keçirilən bərpa işləri ilə yaxından tanış olublar.
Mütəxəssis bərpaçının təqdim etdiyi məlumatlar əsasında iştirakçılara hər bir abidənin xüsusiyyətlərinə uyğun tətbiq olunan bərpa texnikaları, istifadə olunan üsullar və tarixi irsin qorunması prosesinin vacib məqamları haqqında ətraflı məlumat verilib.
