Xəbərlər
İçərişəhər yenə mədəniyyətin ürək döyüntüsünə çevrildi!
15.02.2026
“Dastan” brendi türk dünyasının ortaq yaddaşını və estetik ruhunu müasir interpretasiyada əks etdirən “Turan ruhu” adlı yeni kolleksiyasını təqdim etdi.
Tədbiri giriş sözü ilə açan İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud qeyd edib ki, hazırda Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendi daha möhkəm təməl, aydın strategiya və geniş inkişaf perspektivi ilə fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, brendin sərgi-satış məkanının yenidən istifadəyə verilməsi sənətin cəmiyyətə daha da yaxınlaşması, ustad əməyinin görünməsi və yaradıcılığın iqtisadi dəyərə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. “Bu məkan sənətkarlara əl işlərini ziyarətçilərə birbaşa təqdim etmək imkanı yaradır və beləliklə, sənətlə insan arasında məsafəni daha da azaldır”, – deyə sədr əlavə edib.
Bakı Marionet Teatrında keçirilən gecədə dövlət rəsmiləri, Qoruq İdarəsinin rəhbərliyi, diplomatik korpusun nümayəndələri və tanınmış mədəniyyət xadimləri iştirak edib.
