“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Media

Xəbərlər

İçərişəhər və “The Ritz-Carlton” & “JW Marriott” nümayəndələri arasında əməkdaşlıq görüşü keçirilib

09.05.2026

İçərişəhər və “The Ritz-Carlton” & “JW Marriott” nümayəndələri arasında əməkdaşlıq görüşü keçirilib

“İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud ilə Nilesh Singh — “The Ritz-Carlton” və “JW Marriott” otellərinin Bakı üzrə klaster baş meneceri, həmçinin Kursat Dogan — The Ritz-Carlton Baku otelinin əməliyyatlar üzrə direktoru arasında görüş baş tutub.

Görüşdə mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, İçərişəhərin turizm, qastronomiya, mədəni və tarixi potensialı qarşılıqlı maraqlar çərçivəsində dəyərləndirilib.

Eyni zamanda, insan kapitalının gücləndirilməsi məqsədilə təcrübəli mütəxəssislərin iştirakı ilə İçərişəhərdə fəaliyyət göstərən otel və restoran əməkdaşları üçün peşəkar təlim proqramlarının təşkili imkanları da diqqət mərkəzində olub.