“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Media

Xəbərlər

İçərişəhər tarixində ilk: Sakinlərin sistemli uçotuna başlanılıb

14.05.2026

İçərişəhər tarixində ilk: Sakinlərin sistemli uçotuna başlanılıb

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ərazidə idarəetmə mexanizmlərinin müasirləşdirilməsi və sakinlərlə işin effektivliyinin artırılması məqsədilə strateji layihəyə start verib. İçərişəhər tarixində ilk dəfə olaraq sakinlərin genişmiqyaslı statistik uçotu aparılır. Prosesin şəffaf və mütəşəkkil idarə olunması, habelə məlumatların düzgün emalı məqsədilə xüsusi Komissiya yaradılıb.

Bu tarixi addım ilk növbədə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və onlara göstərilən xidmətlərin fərdiləşdirilməsinə xidmət edir. Proses İdarəyə əhalinin dəqiq sayını, sıxlığını və məskunlaşma coğrafiyasını müəyyən etməyə imkan verəcək ki, bu da gələcək sosial proqramların və infrastruktur layihələrinin daha effektiv planlaşdırılması üçün fundamental baza rolunu oynayacaq. Toplanılan məlumatlar sakinlərin real ehtiyaclarını düzgün təhlil etməyə, kommunal xidmətlərdən tutmuş sosial dəstək tədbirlərinədək hər bir addımın məhz vətəndaş məmnuniyyətinə hədəflənməsinə şərait yaradacaq.

Vətəndaşların rahatlığı üçün məlumatların həm kağız, həm də elektron formada toplanılır. Şəxsi məlumatların məxfiliyinə qanunvericilik səviyyəsində tam təminat verilir. Yaradılan məlumat bazasından yalnız sakinlərin həyat keyfiyyətini yüksəldəcək strateji qərarların qəbulu üçün istifadə olunacaq.

Hazırda icrasına başlanılmış bu təşəbbüs qədim şəhərin sakinləri üçün yeni xidmət standartları və yüksək rifah vəd edir.

Hər bir sakini bu əhəmiyyətli əməkdaşlıqda fəal iştirak etməyə dəvət edirik.

İçərişəhər tarixində ilk: Sakinlərin sistemli uçotuna başlanılıb
İçərişəhər tarixində ilk: Sakinlərin sistemli uçotuna başlanılıb