“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Media

Xəbərlər

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud media nümayəndələri ilə səhər yeməyi ətrafında bir araya gəlib.

30.10.2026

Görüş zamanı İçərişəhərin bu günü və gələcəyi, tarixi irsimizin qorunması, yeni layihələr, muzeylər və qədim şəhərin ziyarətçilər üçün daha əlçatan olması istiqamətində görülən işlər barədə söhbət aparılıb. Media nümayəndələrinin sualları dinlənilib, maraq doğuran mövzular ətrafında fikir mübadiləsi edilib.

İçərişəhərin hekayəsini daha geniş auditoriyaya çatdıran, onun tarixini, mədəniyyətini və özünəməxsus ruhunu tanıdan media nümayəndələri ilə bu cür görüşlər bizim üçün xüsusi əhəmiyyət daşıyır.

Əməkdaşlığınıza, diqqətinizə və İçərişəhərin zəngin irsinin tanıdılmasına verdiyiniz töhfəyə görə hər birinizə təşəkkür edirik! Birlikdə daha çox hekayə danışmaq ümidi ilə!