Xəbərlər
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakıda keçirilən “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu” tədbirində təmsil olunub.
17.10.2025
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakıda keçirilən “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu” tədbirində təmsil olunub.
Tədbirdə İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış edərək “Ağıllı Qoruq” təşəbbüsü çərçivəsində həyata keçirilən yeniliklərdən danışıb. O vurğulayıb ki, bu təşəbbüs tarixi abidələrin qorunması ilə yanaşı, şəhərin müasir çağırışlara uyğun inkişafını təmin etməyə, həmçinin ənənəvi bilikləri müasir texnologiyalarla birləşdirərək dayanıqlı gələcəyə doğru addım atmağa xidmət edir.
Rüfət Mahmud qeyd edib ki, İçərişəhər bu gün mədəni irs və innovasiyanın vəhdətində formalaşan unikal bir şəhər modeli kimi çıxış edir. Burada rəqəmsallaşdırma, ağıllı monitorinq sistemləri və yaşıl texnologiyalar vasitəsilə həm tarixi mühitin orijinallığı qorunur, həm də sakinlər və ziyarətçilər üçün daha rahat və təhlükəsiz şərait yaradılır.
İçərişəhərin bu təşəbbüsü onu iqlimə uyğun ağıllı şəhərsalma yanaşmasının regiondakı qababaqçıl nümunələrindən birinə çevirir.
