“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Media

Xəbərlər

Azərbaycanın UNESCO Dünya İrsi Yolu: İçərişəhərdən Şəkiyə

11.07.2026

Azərbaycanın UNESCO Dünya İrsi Yolu: İçərişəhərdən Şəkiyə

“Şəhər Günü” münasibətilə iyulun 11-də Şəki şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərbaycanın UNESCO Dünya İrsi Yolu: İçərişəhərdən Şəkiyə” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində təşkil olunan “UNESCO Dünya İrsi: Tarixi şəhərlərin qorunması, idarə olunması və gələcək inkişaf perspektivləri” mövzusunda panel iclasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış edərək UNESCO Dünya İrsi statusuna malik tarixi şəhərlərin qorunması və idarə olunması sahəsində görülən işlər, bu istiqamətdə formalaşan əməkdaşlıq və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Tədbir yüksək səviyyədə təşkil olunub və iştirakçılar arasında tarixi-mədəni irsin qorunmasına dair faydalı fikir mübadiləsi ilə yadda qalıb.