"Neft bumu hamıya gülümsəyir" tamaşası
"Neft bumu hamıya gülümsəyir" tamaşası
Gənc Tamaşaçılar Teatrında «Neft bumu» tamaşası baş tutacaq —bu, Maqsud İbrahimbəyovun pyesi əsasında komiks janrında hazırlanmış səhnə əsəridir.
Tamaşanın müddəti: 70 dəqiqə
Tamaşanın dili: Azərbaycan dili
Rejissor: Konstantin Soldatov
Komiks janrında qurulan tamaşa tamaşaçını XX əsr əvvəllərinin Bakısına aparır —neft bumu dövrünə, zadəgan məclislərinə, məhəbbət intriqalarına və yaxınlaşan inqilaba.
Səhnə forması teatr nağılını və qrafik roman estetikasını birləşdirir: freeze-kadrlar, daim dəyişən maraqlı vəziyyətlər, videolar və proyeksiya görüntüləri,güclü səs effektləri, obrazların dediklərini göstərən yazılı buludlar və real vaxtda qurulan kadr ardıcıllığı. Komiks dili prizmasından baxıldıqda, var-dövlət və idealları, həyat yoldaşı ilə sevgilisi, borcla azadlıq arasında qalan gənc neftçinin hekayəsi canlanır. Bu, bir epoxanın qırılmasını əksetdirən satirik salnamədir — həm o dövrün Bakısı, həm də bu günümüz haqqında.
Giriş dəvətnamə ilə.
