“İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimatı
“İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimatı
Maqsud İbrahimbəyov Yaradıcılıq mərkəzində “İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimatı keçirələcək. Kitab İrəvan şəhərininAzərbaycan xalqına məxsus qədim bir sivilizasiya və mədəniyyət mərkəzi olduğunuelmi əsaslarla sübut etməyə yönəlmişdir.
Əsərdə şəhərin çoxəsrlik tarixi, zəngin mədəni irsi vəonun formalaşmasında mühüm rol oynamış şəxsiyyətlər geniş şəkildə tədqiqolunur. XIX–XX əsrlərdə baş vermiş faciəvi hadisələr nəticəsində İrəvanın azərbaycanlıkimliyi məqsədyönlü şəkildə silinməyə çalışılsa da, onun həqiqi siması arxiv sənədlərində,fotoşəkillərdə və elmi mənbələrdə öz əksini tapmışdır.
Bu tədqiqat əsəri həmin həqiqətlərin bərpasına, İrəvanın unudulmuş Azərbaycanmilli-mədəni irsinin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmətedən mühüm elmi mənbədir.
Giriş dəvətnamə ilə.
