İçərişəhərdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş 2-ci “Şah Kuboku” Şahmat Festivalı keçirildi.
“Qoru" Gənclər Təşəbbüs Qrupunun könüllüləri və “Ağ At” Şahmat Klubu tərəfindən 2-ci “Şah Kuboku” Şahmat Festivalı Şirvanşahlar Sarayı Kompleksində təşkil edilib. Turnirdə peşəkar və həvəskar şahmatçılar yarışıblar.
İştirakçılar arasında “Ağ At” şahmat klubunun üzvləri, İçərişəhər sakinlərinin, o cümlədən Qoruq İdarəsinin əməkdaşlarının övladları yarışmışdılar. Qaliblər sertifikatlarla təltif olunublar.
"Qoru" Gənclər Təşəbbüs Qrupu İçərişəhər DTMQ İdarəsinin nəzdində fəaliyyət göstərir.
Xəbərlər Qalereyası

Xəbərlər