11 may 2023-ci il tarixində “İçərişəhər” DTMQİ təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Qala Qoruğunda dama turnirinin final mərhələsi baş tutdu. 

Əsasən Qala qoruğunun “Qoru” Gənclər Təşəbbüs qrupunun üzvlərindən, Qoruğun gənc sakinlərindən ibarət 84 nəfərin iştirak etdiyi turnirin birinci mərhələsi 6-7 May tarixlərində keçirilmişdir.
Turnirin sonunda Qala qoruğunun gənc sakinləri Osman Fərhadov 1-ci, Telman Şahbazov 2-ci, Amil Kərimli isə 3-cü yerləri tutdular. Qaliblər “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə tərəfindən təltif edildilər.
Turnirin təşkilində əsas məqsəd gənclərə dama oyununun təbliğ edilməsi, onların asudə vaxtlarının sağlam-səmərəli keçirilməsi və bu oyuna marağın artırılmasına nail olmaqdır.
Xəbərlər Qalereyası

Xəbərlər