Milli Qurama Festivalı çərçivəsində baş tutan silsilə tədbirlər sırasında kolleksioner, tədqiqatçı Ruslan Hüseynov və Fuad Cəbrayılovun şəxsi kolleksiyasından olan qədim quramalarla tanışlıq tədbiri keçirilib.

22 iyul 2022-ci il tarixində “FR Gallery&Studio”-da baş tutan tədbirdə qonaqlara bədii #tikmə növü olan quramanın yaranması və inkişaf tarixi, məişətdəki rolu, kolleksiyaya daxil olan sənət nümunələri haqqında ətraflı məlumat verilib.

Kolleksioner və tədqiqatçılar Fuad Cəbrayılov və Ruslan Hüseynov öz kolleksiyalarına 4000-dən çox eksponat daxil ediblər. Bunlardan hazırda 400 ədədi “FR Gallery&Studio”-da nümayiş olunur. Orada qədim qurama sənət nümunələri ilə yanaşı dekorativ sənətin digər növlərinə məxsus eksponatlarla da tanış olmaq mümkündür.

Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Xəbərlər Qalereyası

Xəbərlər