Layihələr
Qasım bəy hamamı
Miniatür sənəti muzeyi
İçərişəhərdə Azərbaycan mədəni irsinin təbliğinə töhfə verən daha bir məkan fəaliyyətə başlayıb. Azərbaycan Miniatür Sənəti Muzeyi artıq ziyarətçilərini qəbul edir. Muzey XIV əsrə aid tarixi Molla Əhməd məscidində yerləşir və qədim sənətin incəliklərini müasir tamaşaçıya təqdim edir.
Açılış günü tədbirdə iştirak edən elm və incəsənət nümayəndələri miniatür sənətinin ölkəmizdə qorunması və gələcək nəsillərə çatdırılması baxımından muzeyin xüsusi əhəmiyyət daşıdığını vurğuladılar.
Muzeyin ilk qonaqları ekskursiya zamanı miniatür sənətinin zəngin nümunələri ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Burada sərgilənən əsərlər həm tarixi dəyəri, həm də bədii üslubu ilə tamaşaçılara yeni baxış bucağı təqdim edir.
