İçərişəhər zamandan asılı olmayaraq tarixin və adət ənənlərin yaşadığı bir guşədir. Keçmiş və müasirlik burada bir-biri ilə ayrılmaz əlaqədədirlər.

Ən rəngarəng, böyük və milli bayram olan Novruz – yazın müjdəçisidir. Mart ayının 21-də qeyd olunur. İçərişəhərin küçələri bayramsayağı bəzədilir, tətbiqi sənət ustalarının işlərindən ibarət əsərlərin satışı yarmarkaları təşkil olunur. Təlxəklər şəhəri gəzərək nümayişlər keçirir, əhalini əyləndirirlər. Milli bayram nemətləri olan paxlava, şəkərbura, qoğal satılır, pəhləvanların güləş yarışı keçirilir, kəndirbazlar kəndir üzərində gəzərək çıxışlarını edirlər. Çoxsaylı aktyor və müğənnilər İçərişəhərin küçələrində bayram əhval ruhiyyəsinin yaradılmasında mühüm rol oynayırlar.