İçərişəhərdə müxtəlif qalereyalar və sərgi zalları fəaliyyət göstərir ki, burada yalnız rəssamların, heykəltaraşların, tətbiqi incəsənət ustalarının əsərləri ilə tanış olmaqdan əlavə, bəyəndiyiniz əsərləri əldə edə də bilərsiniz.

Muğam teatrına baş çəkərək, siz milli Azərbaycan musiqisinin sədaları altında milli mətbəximizin nümunələrini dada bilərsiniz. Həmçinin burada milli rəqsdən də zövq alaraq özünüzü xəyali olaraq “min bir gecə nağılı” qəhrəmanı kimi hiss edə bilərsiniz.